top of page

ŞƏRTLƏR VƏ QAYDALAR

Felix Taxi şirkətinin (*5959) Ayıq Sürücü xidmətlərindən istifadə edən bütün şəxslər xidmətlərin göstərilməsinə başlanmamışdan əvvəl aşağıdakı şərtlər və qaydalarla (bundan sonra Qaydalar) tanış olduqlarını və müvafiq sifarişin verildiyi andan bu Qaydalarla razı olduqlarını bildirmiş olurlar.

1. Xidmətlərdən istifadə edən bütün şəxslər bu Qaydaların məqsədləri üçün Müştəri hesab edilirlər və qəbul edirlər ki,  Felix Taxi (*5959) nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi və peşəkar vərdişləri olan ayıq sürücülərlə (bundan sonra Ayıq Sürücü) Müştərilər arasında əlaqənin yaradılmasına  müvafiq texniki imkanları olan Vasitəçidir. Felix Taxi tərəfindən göstərilən xidmətlərin məqsədi müvafiq ödəniş müqabilində Ayıq Sürücülər ilə Müştərilər arasında əlaqənin yaradılması vasitəsi ilə Müştərilər üçün Müştərilərin və onları müşayiət edən şəxslərin qeyd etdikləri ünvanlardan Müştərilərin öz nəqliyyat vasitələrində götürülməsi və sifarişdə göstərilən ünvana çatdırılmasından ibarətdir.
2. Felix Taxi müvafiq olaraq sifarişin verildiyi zamanda Ayıq Sürücülərin əlçatanlığı həddində xidməti təşkil etməyə çalışır və şifariş zamanı bütün hallarda Ayıq Sürücünün təyin edilməsinin mümkün olması barədə öhdəlik götürmür. Müştəriyə Ayıq Sürücünün ünvanda olacağı vaxt barədə məlumat verilir. Ayıq Sürücünün ünvanda Müştərini 20 dəqiqə ödənişsiz gözləmək öhdəliyi vardır. Bu müddətdən artıq gözləmə üçün, hər əlavə 30 dəqiqə üçün 2 AZN məbləğində əlavə ödəniş məbləği hesablanır.
3. Müştəri bəyan edir və zəmanət verir ki, Felix Taxi Ayıq sürücü xidmətindən istifadə etdiyi bütün zamanlarda:
İdarə olunacaq nəqliyyat vasitəsi onun mülkiyyətində və ya qanuni əsaslarla istifadəsindədir;
Nəqliyyat vasitəsi istifadə üçün hər hansı üçüncü şəxslərə idarə edilmək üçün verilməsi zamanı bunu təsdiq edən sənədlər mövcuddur və bu cür sənədləri sürücüyə təqdim etməyə hazırdır;
Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları müvafiq dövlət qeydiyyat məlumatları ilə eynilik təşkil edir və xidmətlərin göstərildiyi müddətdə müvafiq icbari sığorta qaydalarına uyğun olaraq sığortalanmışdır;
Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq istismara yararlı vəziyyətdədir və onda idarə edilməsinə təhlükə yaradacaq nöqsan və çatışmazlıqlar mövcud deyildir;
Nəqliyyat vasitəsində dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, qaçaqmal və bu sinifdən olan hər hansı bir əşya mövcud deyildir;
təyinat məntəqəsinə getmək üçün nəqliyyat vasitəsində kifayət qədər yanacaq və ya enerji ehtiyatı vardır.
4. Müştəri aşağıdakılarla razılaşaraq bildirir ki:
Felix Taxi-nin təyin etdiyi Ayıq Sürücünün bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq nəqliyyat vasitəsinin idarə edilməsinə razılıq verəcəkdir, bunun üçün müvafiq idarəetmə vasitələrini ona təqdim edəcəkdir və Sürücünün ağlabatan (mümkün olan) yol ilə onu ünvanına çatdırmasına razılıq verəcəkdir;
sərnişinə aid olun bütün qanunvericiliyin tələblərini, o cümlədən lakin bununla məhdudlaşmayaraq, təhlükəsizlik kəmərinin bağlanması tələbini yerinə yetirəcəkdir;
sifariş Felix Taxi tərəfindən qəbul edildikdən sonra onun ləğv edilməsi və ya Ayıq sürücünün ünvanda olacağı zaman müvafiq gözləmə şərtləri istisna olmaqla, sifariş olunan yerdə olmayacağı təqdirdə xidmətin dəyərinin ödənilməsinə görə öhdəlik daşıyacaqdır;
Şifarişi yerinə yetirən Ayıq sürücü ilə sifarişin yerinə yetirilməsi üçün zəruri olmayan hər hansı verbal və ya fiziki kontaktdan uzaq olacaqdır, sürücünü tələsdirməyəcəkdir, və ya istənilən əməlləri ilə, sürücünün öz işini keyfiyyətlə görməyə mane olmayacaq və sürücünü təhlükəyə atmayacaqdır;
sifarişin yerinə yetilməsi üçün nəqliyyata vasitəsində kifayət qədər yanacaq və ya enerji ehtiyatı olmazsa yanacaq və ya enerjinin doldurulması üçün, digər zəuri texniki qüsurların aradan qaldırlması, eləcə də nəqliyyat vasitəsinin dayanacağa qoyulması, ödənişli girişlər üçün xərclərin ödənilməsini təmin edəcəkdir;
Sifarişin yerinə yetirilməsi zamanı marştrutda dəyişiklik olarsa, eləcə də əlavə ünvanlara getmək zərurəti olarsa, ünvanlar arası gözləmə olarsa və ilkin sifarişdən fərqlənən istənilən hal barədə, eləcə də baş vermiş yol nəqliyyat hadisəsi barədə Felix Taxi-ni dərhal məlumatlandıracaqdır;
Yuxarıda qeyd olunan dəyişikliklər zamanı sifarişin məbləği dəyişilə bilər. Eləcəd də  yol nəqliyyat hadisəsi zamanı hadisənin hansı yerdə, nə zaman baş verdiyinin bildirilmədiyi zaman sonradan Felix Taxi-yə qarşı iddia irəli sürməyəcəkdir;
bu qaydaların 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş şərtlərin pozulmasına və ya əməl edilməməsinə görə məsuliyyət daşıyacaqdır.
5. Felix Taxi-nin Ayıq Sürücüsü öz mülahizəsinə əsasən aşağıdakı səbəblərdən yürüşün təhlükəsiz olamayacağına əmin olduğu halda xidmətlərin göstərilməsindən imtina edə bilər: a) Müştəri huşsuzluq dərəcəsinə qədər özündə olmazsa; b) Müştəri silahlı olarsa, zorakı davranışa yol verərsə, sözlərlə və ya fiziki olaraq təhqir və ya təhdidlər edərsə; c) Nəqliyyat vasitəsi idarə edilmək üçün texniki cəhətdən saz deyilsə d) təhlükəsiz yürüşün həyata keçirilməsinı maneə olacaq hər hansı başqa səbəb olarsa.
6. Müştəri məlumatlandırılır və qəbul edir ki, Felix Taxi Müştərilər ilə Ayıq Sürücüləri əlaqələndirmək üçün müvafiq texniki imkanları olan bir vasitəçi platformadır. Ayıq sürücü xidmətlərinin göstərilməsi üçün Felix Taxi tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, müvafiq davranış qaydaları, təhlükəsizlik qaydaları barədə Ayıq sürücülərin müvafiq qaydada təlimatlandırılmasına baxmayaraq,  xidmətin göstərilməsi zamanı ayıq sürücülər müstəqil olaraq çıxış edirlər və özlərinin yol verdikləri bütün nöqsanlara, pozuntulara və kənarlaşmalara görə müstəqil olaraq məsuliyyət daşıyırlar.
7. Müştəri Felix Taxi tərəfindən təqdim edilmiş platformadan istifadə edərək belə xidmət göstərən sürücülərlə könüllü şəkildə müqavilə münasibətlərinə daxil olmuş hesab edilir. Felix Taxi tərəfindən çatdırılmış hər hansı məlumat, əlaqələndirmə işi, qiymət təklifi və digər fəaliyyət Felix Taxi-ni “ayıq sürücü” xidmətlərinin göstərilməsində tərəf etmir və bu hallarda Felix Taxi müvafiq sürücünun adından ümumi platforma şəklində belə məlumatları təchiz etmiş hesab edilir. Ayıq sürücü xidmətlərinin göstərilməsi zamanı hər hansı zərər, itki, qəza və ya digər hüquqi nəticələrə görə Felix Taxi məsuliyyət daşımır. Belə xidmətlərin göstərilməsi zamanı baş vermiş qüsur, itki, zərər və digər hüquqi hadisələr üzrə, müvafiq orqanların təsdiq etməsi şərtilə, təqsiri olduğu halda sürücü fəaliyyəti göstərən şəxslər məsul hesab edilə bilərlər.
8. Felix Taxi ayıq sürücü platformasının təşkilində yol verdiyi qüsura görə yalnız müvafiq hal üzrə ödənilmiş xidmət haqqı həddində məsuliyyət daşıyır.  Xidmətlərdən istifadə ilə bağlı hər hansı inzimati xəta törədilməsi ilə bağlı məlumatlar 1 ay ərzində Felix Taxi-yə bildirilməlidir.

Şərtlər və Qaydalar: Welcome
bottom of page