top of page

"5959 AYIQ SÜRÜCÜ & TAXİ" MOBIL PROQRAMININ ICTIMAI TƏKLIF VƏ GIZLILIK SIYASƏTI

Aşağıdakılara nəzər yetirin

"5959 AYIQ SÜRÜCÜ & TAXİ" MOBIL PROQRAMININ ICTIMAI TƏKLIF VƏ GIZLILIK SIYASƏTI

Ümumi məlumat


Aşağıda qeyd olunan ictimai təklif və gizlilik siyasəti, FELİX TAXİ şirkətinə məxsus olan çağrı mərkəzi və “*5959 Ayıq Sürücü & Taxi” mobil proqramına aiddir. Qeyd olunan texniki üslublar, sərnişinləri və şəxsi avtomobil sahiblərini, sürücülər ilə calaşdırır və effektiv şəkildə müştərilərin nəqliyyat ehtiyaclarını təmin etməkdə onlara dəstək olur.


Proqramdan istifadə edərkən, siz aşağdakilarla tanış olub razılaşırsınız.


1.         İctimai təklif


1.1       FELİX TAXİ şirkəti, ona məxsus olan çağrı mərkəzi və “*5959 Ayıq Sürücü & Taxi” proqram vasitələri ilə, yalnız informasiya vasitəçisi xidmətini göstərir və nəqliyyat xidməti deyil. Nəqliyyat xidmətləri, fərdi qeydiyyatlı sürücülər və partnyor xidmətlər tərəfindən göstərilir.

1.2       FELİX TAXİ şirkəti, şirkətin direktoru və əməkdaşları nəqliyyat xidməti göstərilən zaman yaranan münaqişə və ya disputlarda cavabdehlik daşımır. Sürücü sifarişinizi qəbul etdikdən sonra, artıq FELİX TAXİ şirkətinin işi bitmiş sayılır, və bütün əlaqələr müştəri və icraçı (sürücü) arasında aparılır

1.3       Nəqliyyat xidməti göstərilən zaman, hər hansı yaranan münaqişə və ya disput, icraçı (fərdi qeydiyyatlı sürücü) bir tərəfdən və müştəri (sərnişin və ya şəxsi avtomobil sahibi) digər tərəfdən həll olunmalıdır. Gediş haqqında olan məlumatlar, müştəri və sürücü mobil proqramlarında olan gediş tarixçəsi bölməsində özünü əks etdirir. FELİX TAXİ tərəfindən, hər hansı bir məlumat, yalnız qanunda göstərilmiş qaydada, Azərbaycan Respublikanın səlahiyətli orqanların tələbi ilə paylaşıla bilər.

1.4       FELİX TAXİ şirkəti aşağıda qeyd olunan və digər hallarda, bir tərəfli qaydada, öz qərarı əsasında müştəri və ya icraçı üçün xidməti dayandıra bilər: şikayətlər əsasında, etikadan kənar danışdıqda, 24 saat ərzində ikidən artıq sifarişdən imtina etdikdə, və s.i.


2.         Gizlilik siyasəti


2.1       Toplanan məlumatlarınız

2.1.1    Adınız, telefon nömrəniz, electron poçt ünvanınız

2.1.2    Sizin məkan xidmətlərindən yığılan məlumatlarınız, gedişinizin vaxtı və ünvanlarınız

2.1.3    Sizin ödənişləriniz haqqında məlumat

2.1.4    Sifariş verdiyiniz telefon haqqında məlumat

2.1.5    Bizim ilə əlaqə saxladığınız zaman toplanan məlumatlar

2.3       Yuxarıda göstərilən məlumatlar ilk növbətə, sizə xidmət göstərmək məqsədi ilə toplanır

2.4       Sizin məkan xidmətinizin məlumatı və telefon nömrəniz icraçı sürücü ilə paylaşılır. Bunun sayəsində, sürücü, sizin sifarişinizi qəbul edib, nəqliyyat xidmətini göstərə bilir. Məlumatlar yalnız FELİX TAXİ şirkətində qeydiyyatdan keçmiş, fərdi qeydiyyatlı sürücülər ilə paylaşılır.

2.5       Sifariş zamanı, siz sürücü ilə telefon, və ya proqramda olan söhbət vasitəsi ilə əlaqə saxlaya biləcəksiniz. Eyni anda, sürücü də öz tərəfindən sizin ilə əlaqə yarada bilər.

2.6       Sizin haqda məlumatlar, FELİX TAXİ şirkəti tərəfindən, şirkətdə olan dəyişikliklər, kompaniyalar və yeniliklər barəsində olan məlumatları sizə effektiv çatdırılması üçün istifadə oluna bilər.

2.7       Sizin haqda olan məlumatlar, sizin istəyiniz ilə  pozula bilər. Bu halda, siz FELİX TAXİ xidmətlərindən istifadə edə bilməyəcəksiniz.

2.8       Mobil proqramda, siz, öz mobil nömrənizi qeyd edirsiz. Həmən mobil nömrənin sahibi, öz gedişləri barəsində məlumatı ala bilər. Əgər siz mobil nömrənizi bağlayırsız, və həmən nömrə başqa adamın əlinə keçir, onda həmən şəxs sizin gedişlərinizin barəsində məlumatı görə bilər. Bunun qarşısını almaq üçün bizə 5 iş günü ərzində bu haqda məlumat verməlisiz ki sizin məlumatlarınız pozulsun.

3.         Ödəniş məlumatları

3.1       Tərəfdaşlar tərəfindən göstərilən xidmətləri nəql etmək üçün bank kartlarından istifadə edərək bank köçürməsi yolu ilə Müştəri bank kartını abunəçi telefon nömrəsinə bağlaya bilər. Bank kartının bağlanması Müştəri tərəfindən mobil tətbiqetmədə aşağıdakı məlumatlar göstərilməklə müstəqil şəkildə həyata keçirilir:

3.2       Bank kartı nömrəsi;

3.3       Bank kartının etibarlılıq müddəti;

3.4       Bank kartı sahibinin soyadı və adı;

3.5       Bank kartı təhlükəsizlik kodu.

3.6       Bank kartlarından istifadə edərək nağdsız ödəniş yolu ilə ödəmə, məxfilik və ödəmə təhlükəsizliyi prinsipləri əsasında beynəlxalq ödəmə sistemləri qaydalarına uyğun olaraq həyata keçirilir. Müştəri tərəfindən verilən məlumatların təhlükəsizliyi prosedurların Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartının tələblərinə uyğunluğu ilə təmin edilir və Xidmət daxil olmaqla heç kim onu ala bilməz. Bank kartı məlumatları, xidmətlər üçün nağdsız ödəmə imkanı verən, əldə edən bankın etibarlı ödəniş səhifəsinə daxil edilir.


4.         Əlaqə

4.1       FELİX TAXİ MMC, Şəttar Bəhlulzadə 111, Baku, Azerbaycan

4.2       Telefon: 24/7 +994123100398; *5959

4.3       Web: www.felix.az

4.4       VOEN: 1003153081

AppTerms: FAQ
bottom of page